Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 29 noyabr 2012 13:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, BMT İnkişaf Proqramı, “PwC Azərbaycan” şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açılış nitqi ilə çıxış edəcək. Tədbirdə Azərbaycanın İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının təqdimatı ilə, BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Bruk "Gələcəyə baxış – 2020 və qlobal inkişaf çağırışları" mövzusu ilə, “PwC” şirkətinin Baş Qlobal Məsləhətçisi Yan Sturesson “Gələcəyə baxış - əsas tendensiyalar və məsələlər” mövzusu ilə çıxış edəcək. Bundan əlavə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid”, nəqliyyat nazirinin müavini Musa Pənahov “Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi perspektivləri”, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko “Diversifikasiya: Davamlı İnkişafın Açarı”, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono “İnfrastrukturun maliyyələşməsi”, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Azərbaycanda pensiya-sığorta sisteminin inkişaf perspektivləri” mövzulu məruzələr söyləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR