BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 16 fevral 2015 14:28 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.


BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində Danimarkanın paytaxtında həyata keçirilən son terror aksiyalarına da münasibət bildirib. Qeyd olunub ki, İslam peyğəmbərinin karikaturasını çəkən və yayımlayan, bununla da yüz milyonlarla insanın heysiyyatına toxunan şəxslərin hərəkətləri nə qədər lənətlənməlidirsə, terror aksiyalarını həyata keçirənlərin əməlləri bundan daha çox lənətlənməlidir.


BAXCP İdarə Heyəti hesab edir ki, bu kimi halların aradan qaldırılması üçün İslam dininin təşəkkül tapdığı bütün ölkələrin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində daimi fəaliyyət göstərən ali dini qurum yaradılmalı, dini maarifçilik işi gücləndirilməli, radikal ekstremist qrupların İslam dininin yüksək mənəvi dəyərlərindən sui-istifadə etmələrinə yol verilməməlidir.


BAXCP İdarə Heyəti Azərbaycan hökumətini İslam Konfransı Təşkilatının zirvə toplantısı çərçivəsində belə bir təşəbbüslə çıxış etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR