BAXCP və BQP Elçibəyin xatirəsini anıblar - FOTOSESSİYA

BAXCP və BQP Elçibəyin xatirəsini anıblar - <span style="color: red;">FOTOSESSİYA
# 22 avqust 2013 08:39 (UTC +04:00)

Əbülfəz bəyin ruhuna dualar oxunub, məzarına tər çiçək dəstələri qoyulub

Bakı-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa və hər iki partiyanın rəhbərliyinə daxil olan şəxslər Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Əbülfəz bəyin ruhuna dualar oxunub, məzarına tər çiçək dəstələri qoyulub. BAXCP sədri Qüdrət Həsənquliyev Elçibəy ideyalarının, onun miras qoyduğu mənəvi irsin əbədi olaraq yaşayacağını bildirib.

Xatırladaq ki, Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR