Bəybala Əbil: “Fraksiyanın digər təsisçilərinin də partiyadan xaric ediləcəyinə inanmıram”

Bəybala Əbil: “Fraksiyanın digər təsisçilərinin də partiyadan xaric ediləcəyinə inanmıram”
# 20 noyabr 2012 09:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Partiya sıralarından yalnız Fikrət Cəfərov və Qaya Əliyev xaric olunub”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib.

Onun sözlərinə görə, KXCP-dən yalnız partiya sədrinin keçmiş müavinləri Fikrət Cəfərov və Qaya Əliyev xaric edilib. Buna səbəb isə onların partiya daxilində pozuculuq fəaliyyəti aparmasıdır: “Bu şəxslərin partiya sıralarından çıxarılmasına partiya sədri və digər şəxslər barədə dedikləri saxta ittiham və tənqidlər səbəb olub”.

B.Əbil qeyd edib ki, “Demokratik Birlik” fraksiyasının digər həmtəsisçiləri Rafiq Abdulla, Ədalət Yusubov, Aydın Mədətoğlu və Rüfət Sahiboğlu isə partiya sıralarından xaric edilməyib. O, həmçinin bu şəxslərin fəaliyyətinə normal yanaşdığını və onların partiyadan çıxarılması məsələsinin müzakirə mövzusu olmadığını bildirib: “Ədalət Yusubov hal-hazırda partiyanın Salyan rayon təşkilatının sədri, Rafiq Abdulla Xətai rayon təşkilatının sədri, Aydın Mədətoğlu isə partiya sədrinin müavini vəzifəsini icra edirlər”.

Fraksiyanın həmtəsisçisi Qaya Əliyev isə APA-ya açıqlamasında partiya sıralarından xaric olunması qərarını qəbul etmədiyini və bunu formal hesab etdiyini bildirib: “Əgər partiyanın fəaliyyətinə təsir göstərə biliriksə, deməli, hələ də partiya üzvü olaraq qalırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR