DAK İranın Azərbaycana nota göndərdiyini iddia edir - FOTO

DAK İranın Azərbaycana nota göndərdiyini iddia edir - <span style="color: red;">FOTO
# 22 avqust 2013 10:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, deputat Sabir Rüstəmxanlı bu il iyulun 30-da keçirdikləri tədbirlə bağlı İranın Azərbaycana nota göndərdiyini iddia edib.

APA-nın məlumatına görə, S. Rüstəmxanlı bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və səfirliklər belə bir notanın olduğunu təkzib edirlər: “Biz təşkilat olaraq Azərbaycanın hansısa dövlətlə münasibətini korlamağa çalışmamışıq. Biz nə beynəlxalq təşkilatıq, nə də iqtidarın və ya müxalifətin yanındayıq. Azərbaycan xalqının, dövlətinin milli mənafeyi, əxlaqi dəyərləri, hüquqları bizim üçün əsasdır”.

O bildirib ki, İrandakı seçkilərdən sonrakı durum və DAK-ın vəzifələri barədə keçirdikləri dəyirmi masada da heç bir dövlətin mənafeyinə toxunmadan fikirlərini deyiblər: “Biz İranda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, azərbaycanlılar üçün heç nəyin dəyişməyəcəyini demişik. Çünki orada rejim eyni qalıb, dəyişməyib. İranda hələ də azərbaycanlıların milli dildə televiziyası, məktəbləri yoxdur, ziyalılar təqib olunur. Biz buna qarşı çıxıb sözümzü demişik və bu da bizim haqqımızıdr. Amma İran dövlətini, iqtidarını təhqir edən, beynəlxlaq çərçivədən kənara çıxacaq heç nə deməmişik. İran tərəfi isə həmişəki kimi aqressiya nümayiş etdirib”.

Tədbirin sonunda İranın Azərbaycana göndərdiyi notaya etiraz olaraq qəbul olunmuş bəyanat da açıqlanıb.

Azərbaycan XİN, İranın Azərbaycandakı və Azərbaycanın İrandakı səfirliklərindən isə APA-ya belə bir notanın olmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR