Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib
# 12 mart 2013 10:58 (UTC +04:00)

Bakı-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. AMİP mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Yusif Bağırzadə (AMİP), Əvəz Temirxan (ALP), Bəybala Əbil (KXCP), Sülhəddin Əkbər (ACP), Əhməd Oruc (Azadlıq Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokrat Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Tərlan Həsənov (ALDP), Taliyət Əliyev (ADP) iştirak ediblər.

ACP Qərargahında ALP sədri Əvəz Temirxanın sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qəbul olunmuş qərarların icra vəziyyəti, 15 mart tarixinə təyin olunmuş Qarabağ Forumuna hazırlığın vəziyyəti, martın 9-da ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin gənclər üçün birgə təşkil etdiyi tədbirə polis hücumu və gənclərin saxlanılması, gənclərin 10 mart tarixində “Əsgər ölümünə son” şüarı ilə keçirdikləri aksiya, 31 mart tarixində Demokratik Qüvvələrin Məşvərət Məclisinin Nümayəndələr Palatasının növbəti iclasının keçirilməsi, kütləvi aksiyalarla hazırlıq və s. məsələlər müzakirə edilib.

Müzakirələrdən sonra növbəti iclasın martın 19-da ALDP sədri Fuad Əliyevin sədrliyi ilə ALDP Qərargahında keçirilməsi haqda qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR