Keçmiş hüquq-mühafizə orqanları əməkdaşlarının cəza çəkdiyi həbsxanada görüş keçirilib

Keçmiş hüquq-mühafizə orqanları əməkdaşlarının cəza çəkdiyi həbsxanada görüş keçirilib
# 06 fevral 2015 15:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən, cəzaçəkmə müəssisələrində “Dövlət və din münasibətləri”, “İslam əxlaqı”, “Cəmiyyətdə dini dəyərlərin rolu” mövzularında treninqlər davam etdirilir.

Komitədən APA-ya verilən məlumata görə, növbəti tədbir bu gün Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi, ilahiyyatçı alim Saleh Kazımovun mühazirəsi məhkumlar tərəfindən maraqla qarşılanıb və ona ünvanlanan çoxsaylı suallar ətraflı cavablandırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsləhətçisi Cahandar Əlifzadə və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşı ədliyyə mayoru Etibar Əzimov tədbirdə iştirak ediblər.

Qeyd edək ki, 9 saylı cəzaçəkmə müəssisəsində hüquq-mühafizə orqanlarında çalışmış şəxslər cəza çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR