Dövlət başçısı: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq” - YENİLƏNİB

Dövlət başçısı: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq” - <span style="color: red;">YENİLƏNİB
# 10 yanvar 2018 22:38 (UTC +04:00)

“Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür”

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Onun sözlərinə görə, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir: Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz daha da güclənmişdir və ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaq".

 

***

 

 

“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” . 
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR