Əflan İbrahimov: “Eldar Namazov, Eldəniz Quliyev və Köçəri Nağıbəylinin “El” hərəkatından çıxarılması barədə sərəncam vermişəm”

Əflan İbrahimov: “Eldar Namazov, Eldəniz Quliyev və Köçəri Nağıbəylinin “El” hərəkatından çıxarılması barədə sərəncam vermişəm”
# 30 avqust 2013 10:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün “El” Hərəkatı Ali Məclisinin sədrinin keçmiş müavini Əflan İbrahimov “El” Hərəkatının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Ə. İbrahimov bildirib ki, hərəkatın təsisçisi və sədri əvvəldən o olub, belə bir hərəkatı yaratmağı ona Rüstəm İbrahimbəyov tövsiyə edib.

O bildirib ki, hərəkat prezident seçkilərində namizədliyi qeydə alınmış İlham Əliyevi dəstəkləyir: “Biz 85 rayon, 125 seçki dairəsində dəstəklədiyimiz namizədin aktiv təbliğat-təşviqat kampaniyasını aparacağıq. İnanırıq ki, İlham Əliyev cənabları qarşıdan gələn prezident seçkilərində yüksək səslə qalib gələcək”.

Ə. İbrahimov onu da əlavə edib ki, təşkilat əvvəllər başqa məqsədlə yaradılsa da, sonradan Hərəkatın fəaliyyət istiqaməti dəyişdirilib: “Buna görə də sədr kimi, Eldar Namazov, Eldəniz Quliyev və Köçəri Nağıbəylinin təşkilatdan çıxarılması barədə sərəncam vermişəm. İndi müxalifətdə olan şəxslər 20 ildir, çirkin işlərlə məşğul olur. Xalq artıq bunlardan bezib”.

Sonda rayon təşkilatı sədrləri çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR