Əhməd Oruc: “Milli Şurada baş verənlərdən sonra rayonlarda növbəti dəfə aldadılmış müxalifətçilərə ürəyim ağrıdı”

Əhməd Oruc: “Milli Şurada baş verənlərdən sonra rayonlarda növbəti dəfə aldadılmış müxalifətçilərə ürəyim ağrıdı”
# 26 avqust 2013 14:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. ““Böyük liderlərin” “G7”lərinin, “Hammer”lərinin təkərləri altında bu insanların taleyi əzilib”.

APA-nın xəbərinə görə, bunu Azadlıq Partiyasının sədri, prezidentliyə namizədliyi təsdiq olunmuş Əhməd Oruc “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ə. Oruc Milli Şuradakı proseslərə toxunub və bölgələrdə bu quruma olan inamın itdiyini qeyd edib: “İki aydan çoxdur ki, tez-tez rayona gedirəm, Azərbaycanın bu başından o başına gedib-gəlirəm. İmkan düşdükcə yolüstü köhnə hərəkatçılarla görüşürəm. Hamısı məni Milli Şuraya qoşulmadığıma görə tənqid edirdilər. Hamısının gözündə bir hakimiyyət lampası yanırdı, çətinliklə də olsa paltarlarını da təzələmişdilər”.

Ə. Oruc qeyd edib ki, yerli müxalifətçilər Rusiyanın onlara dəstək verəcəyinə ümidlənibmişlər: “Mənim təhlillərimi “liderlərə qısqanclığım, paxıllığım” kimi qiymətləndirirdilər. Allah elə gətirdi ki, təhlillərim 100 faiz doğru çıxdı. Bu günlərdə yenə rayonlarda idim. Milli Şurada, “El” hərəkatında baş verənlərdən sonra rayon mərkəzlərində, çayxana künclərində qəmin-kədərin içində büzüşmüş, növbəti dəfə aldadılmış həmin adamlara ürəyim ağrıdı. İndi “bu niyə belə oldu, bəy?”- deyə qəmgin-qəmgin soruşurlar...”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR