Əli Əhmədov: “Milli Şuradan istifadə olundu və atıldı” - VİDEO

Əli Əhmədov: “Milli Şuradan istifadə olundu və atıldı” - <span style="color: red;">VİDEO
# 14 avqust 2013 08:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov bildirib.

O qeyd edib ki, müxalifət artıq özünə inamı tamamilə itirib, Azərbaycan seçiciləri artıq onları dəstəkləmir: “O ki qaldı Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsinə, ondan heç vaxt namizəd çıxmayacaq. Son hadisələr göstərdi ki, onun həm siyasi təcrübəsizliyi, həm yaşı, həm də məsuliyyətsizliyi buna imkan vermir. Mən onun namizədliyinin hüquqi tərəfinin problemlərini yenidən izah etmək istəmirəm, çünki bu barədə dəfələrlə deyilib və cəmiyyətə məlumdur. Amma bu qədər hüquqi cəhətdən problemləri olan bir adamın kor-koranə namizədliyini verməsinin özü məsuliyyətsizlikdir. Bu da ondan xəbər verir ki, ümumiyyətlə, Rüstəm İbrahimbəyov siyasətdən xəbərsiz adamdır: seçki nə deməkdir, prezidentlik postu nə deməkdir və sair bütün bunlar barədə onun anlayışı yoxdur. Müxalifət Rüstəm İbrahimbəyov tərəfindən bu şəkildə aldadılmasını başqa formada izah edirsə, bu bir daha göstərir ki, onlar normal formada namizəd axtara bilmirlər. Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti onların içərisindən çıxan hansısa bir namizədi dəstəkləməyəcək”.

Ə. Əhmədov Milli Şuranın Rusiyanın layihəsi olması fikirlərə də toxunub: “Təbii ki, Milli Şura kiminsə əlində vasitə oldu. Amma bilirsiniz ki, süni yaradılmış vasitələrdən müvəqqəti istifadə edirlər. Milli Şuradan da istifadə olundu və atıldı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR