Ərəstun Mehdiyev: “Seçki prosesini həyata keçirən qurumlardan və icra orqanlarından çox böyük məsuliyyət tələb edirik”

Ərəstun Mehdiyev: “Seçki prosesini həyata keçirən qurumlardan və icra orqanlarından çox böyük məsuliyyət tələb edirik”
# 23 avqust 2013 09:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri bu gün Bakıda keçirilən “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” adlı tədbirdə Azərbaycan Prezident Administrasiyası rəsmisi Ərəstun Mehdiyev bildirib.


O qeyd edib ki, seçkilər bu qurumlardan məsuliyyət tələb edir və onların qarşısına vəzifələr qoyur: “Biz müstəqillik illərində seçki sahəsində kifayət qədər təcrübələr qazanmışıq. İstər MSK, istərsə də yerli icra strukturları bu sahədə kifayət qədər yerli və beynəlxalq təcrübəyə bələddir. Digər tərəfdən ölkədə bunun üçün yaradılmış şərait, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsas verir ki, tam şəffaf, demokratik və beynəlxalq normalara uyğun seçkilər keçirək. Bu məsələdə icra strukturlarının fəaliyyəti, dairə seçki komissiyaları ilə, o cümlədən digər dövlət orqanları ilə əlaqəsi bizə imkan verəcək ki, növbəti prezident seçkilərində də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək”. O dövlətin, seçki orqanlarının QHT-lər ilə əlaqəsinin də yüksək səviyyədə olmasından danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR