Həsən Kərimov: “Zəminə Dünyamalıyeva və ACP-nin digər funksionerləri Milli Şuranın qərarına hörmətlə yanaşmalıdırlar”

Həsən Kərimov: “Zəminə Dünyamalıyeva və ACP-nin digər funksionerləri Milli Şuranın qərarına hörmətlə yanaşmalıdırlar”
# 29 avqust 2013 14:53 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Əgər Açıq Cəmiyyət Partiyası, Zəminə Dünyamalıyeva və bu partiyanın digər funksionerləri Milli Şurada təmsil olunursa, bu qurumun qərarına hörmətlə yanaşmalıdırlar”.

Bunu APA-ya Milli Şuranın üzvü, AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib.

H. Kərimov bildirib ki, Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyevanın bu kontekstdə açıqlama verməsinə təəssüflənir: “Cəmil Həsənli öz çıxışında vurğulayıb ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədidir və sədridir. Bunu bilə-bilə Zəminə Dünyamalıyevanın belə fikir söyləməsi təqdirəlayiq hal deyil. Digər tərəfdən, Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, Rüstəm İbrahimbəyovun vahid namizəd statusunu məhdudlaşdırmır”.

H. Kərimov Z. Dünyamalıyevanı seçki kampaniyasında daha fəal iştirak etməyə də çağırıb: “Bu gün Milli Şurada bu kimi söz-söhbətlərə yer olmamalıdır. Yaxşı olardı ki, Zəminə Dünyamalıyeva da enerjisini bu məqamda belə məsələlərə yox, Cəmil Həsənlinin seçki kampaniyasına sərf etsin”.

Qeyd edək ki, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva APA-ya açıqlamasında Milli Şuranın son sessiyasının nəticələrini tənqid edib, C. Həsənlinin əlavə vahid namizədliyinin əleyhinə yeganə səs verən şəxs olduğunu bildirib və bu formatda uğur qazanmağın mümkünsüzlüyünü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR