İlham Əliyev Şəki Dövlət Dram Teatrında aparılan təmir işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

İlham Əliyev Şəki Dövlət Dram Teatrında aparılan təmir işlərinin gedişi ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 15 avqust 2013 03:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. APA-nın verdiyi məlumata görə, prezidentin diqqətinə çatdırılıb ki, binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılıb. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.

Əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaq. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülüb.

Yenidənqurma işləri ilə tanış olan prezident İlham Əliyev teatrın kollektivinə uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR