İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi üçün toplanmış imza vərəqələri MSK-ya təqdim olunub

İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi üçün toplanmış imza vərəqələri MSK-ya təqdim olunub
# 20 avqust 2013 09:47 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, MSK-dan alınan 900 imza vərəqi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq doldurulub və təqdim edilib: “125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib”.

S. Novruzov bildirib ki, qanunvericiliyə uyğun olaraq təbliğat təşviqat kampaniyasına sentyabrın 16-dan başlanacaq.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.

İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR