İsa Qəmbərin ürəyində problem yaranıb, xəstəxanaya yerləşdirilib

İsa Qəmbərin ürəyində problem yaranıb, xəstəxanaya yerləşdirilib
# 13 yanvar 2018 15:54 (UTC +04:00)

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya açıqlamasında deyib ki, İ. Qəmbər bu gün özünü pis hiss edib və həkimə müraciət edib.

İ. Qəmbər Mərkəzi Klinik Xəstəxanada müayinədən keçib və ürəyində müəyyən problemlər aşkarlanıb. A. Hacılı hazırda İ. Qəmbərin səhhətinin stabil olduğunu, həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR