Bakı – APA. Avqustun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verildi ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin iyulunda sona çatdırılıb.
Prezident yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olub. Mərkəzdə kənd icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Dövlət başçısı yaradılmış şəraitdən razılığını bildirib, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verib.