KXCP: Törədilən soyqırımlarına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir

KXCP: Törədilən soyqırımlarına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir
# 30 mart 2013 16:44 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda zaman-zaman ermənilər və havadarları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiya və soyqırım siyasətinin mahiyyəti qeyd olunub, o cümlədən ermənilərin 1905-1907-ci illərdə törətdikləri qanlı cinayətlərinin 1918-1920-ci illərdə davam etdirildiyi, daha geniş vüsət aldığı xatırladılıb: “Daşnak-bolşevik birləşmələri tərəfindən 31 mart və 1-2 aprel tarixlərində Bakıda törədilmiş milli qırğın nəticəsində otuz min Azərbaycanlı şəhid olub. İnsanlığa sığmayan bu kütləvi qətllər zamanı dinc əhaliyə amansız divan tutulub. Mart qırğınlarında həm də Azərbaycanın bir çox əhəmiyyətli tarixi-memarlıq abidələri məhv edilib”.

Bəyanatda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına görə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin zəruriliyi qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR