Milli Məclisdə Azərbaycan hökumətinin hesabatının təqdimatı başlayıb

Milli Məclisdə Azərbaycan hökumətinin hesabatının təqdimatı başlayıb
# 15 mart 2013 09:07 (UTC +04:00)

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədovun təklifi ilə ötən günlərdə avtomobil qəzasında dünyasını dəyişən deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra spiker gündəlikdə hökumətin 2012-ci ilə dair hesabatının olduğunu bildirib. O. Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf hökumətin parlamentə təqdim etdiyi hesabatda aydın şəkildə öz əksini tapıb. Daha sonra parlamentdə hökumətin hesabatının təqdimatı başlayıb. Hesabatı Milli Məclisə baş nazir Artur Rəsizadə təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR