Milli Məclis Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edən ölkələrə təşəkkür məktubu ünvanlayıb

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edən ölkələrə təşəkkür məktubu ünvanlayıb
# 05 mart 2013 09:12 (UTC +04:00)

 

 APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bu günlərdə 21-ci ildönümü qeyd olunan Xocalı soyqırımı barədə danışıb. O Xocalı soyqırımının ildönümü ilə bağlı bir sıra ölkələrdə anım mərasimlərinin keçirildiyini,  ABŞ-ın 7 ştatında, Pakistan parlamentində və Avropanın bir neçə ölkəsində Xocalı ilə bağlı qətnamələr qəbul edildiyini qeyd edib: “Bu baxımdan bir çox ölkələrin 40-50 ildə keçdiyi yolu biz qısa zamanda keçirik”.


Daha sonra Milli Məclis adından Xocalı həqiqətlərini qəbul edən parlamentlərə təşəkkür məktubu ünvanlanıb.

 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Ombusdmanın illik hesabatı dinlənəcək, 12 məsələ müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR