Milli Məclis yaz sessiyası və xüsusi sessiyalarda 131 qanun və qərar qəbul edib

Milli Məclis yaz sessiyası və xüsusi sessiyalarda 131 qanun və qərar qəbul edib
# 30 sentyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin fəaliyyəti ilə bağlı hesabat verib. APA-nın məlumatına görə, MM-in payız sessiyasının bu gün keçirilən ilk iclasında O. Əsədov ötən sessiyaya dair hesabat çıxışı edib.

Sədr qeyd edib ki, parlamentin son yaz və növbədənkənar sessiyalarında 12 iclas keçirilib və bu sessiyalarda 131 qanun və qərar qəbul olunub. Onun sözlərinə görə, sessiyalar dövründə parlamentin beynəlxalq əlaqələri də davam edib: "Sessiyalar dövründə Milli Məclisdən 38 ölkəyə 75 nümayəndə heyəti səfər edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR