Milli Şura mayın 16-da mitinq keçirib-keçirməmək barədə sabah qərar qəbul edəcək

Milli Şura mayın 16-da mitinq keçirib-keçirməmək barədə sabah qərar qəbul edəcək
# 12 may 2015 15:32 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranın rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin mayın 17-də deyil, mayın 16-da mitinq keçirmək barədə təklifini sabah müzakirə edəcək və mayın 16-da mitinqin keçirilib-keçirilməməsi barədə qərar verəcək.

Bu barədə APA-ya açıqlamasında AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin üzvü Fuad Qəhrəmanlı bildirib.

F. Qəhrəmanlı BŞİH-nin bundan əvvəl də mitinqin tarixini dəyişdirdiyini qeyd edib, həmin vaxt aksiyanı keçirməkdən imtina etdiklərini xatırladıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mitinq keçirilməsi ilə bağlı məktubu müsbət cavablandırıb. Meriya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsini razılıq verib. Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR