Milli Şura aksiya keçirib - FOTO - YENİLƏNİB

Milli Şura aksiya keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 18 avqust 2013 16:34 (UTC +04:00)

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, aksiya saat 17.00-a elan olunsa da, 40- dəqiqə gec başlayıb.

Aksiyanı İbrahim İbrahimli aparıb, “Milli Şuraya dəstək” şüarları səsləndirilib.


Mitinqin açılışından sonra Eldəniz Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyovun müraciətini səsləndirib. Daha sonra İsa Qəmbər, Eldar Namazov, Mirmahmud Mirəlioğlu, Əli Kərimli və başqaları çıxış ediblər.

Müsavat başqanı İsa Qəmbər deyib ki, hazırda Milli Şurada müəyyən problemlər var. O bildirib ki, R. İbrahimbəyovun Azərbaycana dönüb seçkidə iştirak etməsi üçün çalışacaqlar: “Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedəcəyik”.

Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub. Aksiya insidentsiz başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR