Milli Şuranın Mitinq Komitəsi mətbuat konfransı keçirib

Milli Şuranın Mitinq Komitəsi mətbuat konfransı keçirib
# 17 avqust 2013 09:58 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Milli Şuranın Mitinq Komitəsinin üzvləri mətbuat konfransı keçirib.


APA-nın məlumatına görə, qurumun Mitinq Komitəsinin sədri, AXCP sədrinin müavini Asəf Quliyev deyib ki, mitinqin keçirilməsi üçün sosial şəbəkələrdə, KİV-lərdə təbliğat işləri aparılıb: “Artıq mitinqə hazırlıq işləri yekunlaşıb”.

Mitinqi İbrahim İbrahimli aparacaq, aksiyada 10 nəfər çıxış edəcək. Mitinqdə “Azad seçki” şüarı səsləndiriləcək.

Komitə sədri əlavə edib ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsində paytaxt prokurorluğunun əməkdaşlarının da iştirakı ilə görüş keçirilib: “Orada Mitinq Komitəsinin üzvləri Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər Prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüblər ”.

A. Quliyev deyib ki, görüşdə mitinq zamanı görüləcək təhlükəsizlik məsələləri müzakirə olunub: “Polis öz tələblərini, biz isə öz təkliflərimizi irəli sürdük. Polis 10 yaşından yuxarı uşaqların meydana buraxılacağını bildiridi. Lakin uşaqlar üçün ayrıca yer veriləcək. Bundan başqa mitinqə gələnlərin üzərinin yoxlanılması məsələnin də olmayacağına dair razılıq əldə edilib”.

Qeyd edək ki, bir qrup müxalifət təşkilatının təsis etdiyi Milli Şura avqustun 18-də Bakıda mitinq keçirilməsinə yer ayrılması üçün paytaxt rəhbərliyinə müraciət edib. Aksiya təşkilatçılarının Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubda metronun “Nəriman Nərimanov”, “Dərnəgül” stansiyalarının qarşısındakı meydanlar, “Təbriz” kinoteatrının qarşısı və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin qarşısındakı sahə mitinq keçirilməsi üçün istənilib.

Paytaxt rəhbərliyi isə Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin qarşısındakı sahədə mitinq üçün yer ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR