Cəmil Həsənli Milli Şuranın əlavə vahid namizədi seçilib - YENİLƏNİB - 1

Cəmil Həsənli Milli Şuranın əlavə vahid namizədi seçilib - <span style="color: red;">YENİLƏNİB - 1
# 23 avqust 2013 14:49 (UTC +04:00)

APA-nın məlumatına görə, səsvermədən əvvəl C. Həsənli Rüstəm İbrahimbəyovun mövqeyini dəstəklədiyini qeyd edib.

 

C. Həsənli bildirib ki, missiyanı yerinə yetirməyə hazırdır və məsuliyyətin ağırlığını dərk edir.

 

Daha sonra səsvermə olub. Səsvermədə 75 nəfər iştirak edib. 73 nəfər lehinə, 1 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla, C. Həsənli Milli Şuranın əlavə vahid namizədi seçilib.

 

Qeyd edək ki, C. Həsənlinin namizədliyini Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sessiyaya ünvanladığı məktubda irəli sürüb.

 

 

 

***

 

saat 17.11

 

Bakı. Ramil Məmmədli – APA. Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun məktubu elan olunub.

 

APA-nın məlumatına görə, məktubda Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini dəstəkləməyə çağırıb.

 

 

 

***

 

saat 16.31

 

Bakı. Ramil Məmmədli - APA. Milli Şuranın növbədənkənar sessiyası keçirilir.

 

APA-nın məlumatına görə, ötən iclaslardakı narazılıqdan sonra sessiyanın media üçün açıq keçirilməsi qərara alınıb və mətbuat nümayəndələrinin vəsiqələri yoxlanılaraq, iclas zalına buraxılıb.

 

Sessiyaya Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edir. Milli Şuranın 79 üzvü qeydiyyatdan keçib.

 

Milli Şura üzvlərinin APA-nın əməkdaşına verdiyi məlumata görə, sessiyada qurumun əlavə vahid namizədlə bağlı qərarı olmayacaqsa, Milli Şuranın bundan sonrakı taleyi şübhə altında qalacaq.

 

İsa Qəmbər deyib ki, sessiyada yalnız əlavə və ya ikinci vahid namizədin müəyyənləşdirilməsi müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR