Mirmahmud Mirəlioğlu: “Prezidentliyə namizədlikdən geri çəkilməmişəm”

Mirmahmud Mirəlioğlu: “Prezidentliyə namizədlikdən geri çəkilməmişəm”
# 30 avqust 2013 13:59 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.

M. Mirəlioğlu bildirib ki, mətbuatda onun prezidentliyə namizədlikdən geri çəkilməsi barədə yayılan xəbərlər doğru deyil: “Çünki KXCP Ali Məclisinin qərarını yalnız Məclis özü ləğv edə bilər. KXCP-nin prezident seçkilərində öz namizədi ilə iştirakı haqqında qərarın ləğvi məsələsi Ali Məclisdə müzakirə olunmalıdır. Əgər hansısa mətbu orqan mənim namizədlikdən geri çəkildiyim barədə xəbər yayırsa, çox böyük yanlışlığa yol verir. Biz bu səlahiyyəti heç kəsə verməmişik. Bu səlahiyyət yalnız partiyanın Ali Məclisi və onun İdarə Heyətinə aiddir. Bu məsələ hazırda gündəmdə deyil”.

KXCP sədri qərarın ləğvi məsələsinə yaxın vaxtlarda baxılacağını da qeyd edib: “Mən Türkiyədən dünən qayıtmışam. Ona görə də hələ bu məsələ müzakirə olunmayıb. Lakin bununla bağlı Ali Məclisdə müzakirə apararaq, nəticə ilə bağlı bəyanat yayacağıq”.

Xatırladaq ki, KXCP Ali Məclisinin 2013-cü il 26 yanvar tarixli qərarı ilə Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR