MSK-da siyasi partiyaların illik maliyyə hesabatını təqdim etmələrinə dair seminar keçirilir

MSK-da siyasi partiyaların illik maliyyə hesabatını təqdim etmələrinə dair seminar keçirilir
# 13 avqust 2015 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün ölkədə rəsmi qeydiyyatından keçən siyasi partiyaların illik maliyyə hesabatını təqdim etmələri ilə bağlı seminar keçirilir.

APA-nın məlumatına görə, MSK-nın sədr müavini Natiq Məmmədovun sədrliyi ilə keçən seminara Maliyyə Nazirliyinin, Auditorlar Palatasının və siyasi partiyaların nümayəndələri qatılıblar.

N. Məmmədov bildirib ki, MSK-da partiyaların hesabatlarının qəbulu ilə bağlı xüsusi qurumlar yaradılıb. O deyib ki, partiyalar da bu işdə maraqlı olmalıdır. Hesabatların MSK-ya verilməsi vahid bir mənbənin yaradılması deməkdir: “Hesabatlar siyasi partiyaların təqdim etdiyi formada Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir və bundan ictimaiyyət xəbər tutur. İnkişaf etmiş ölkələrdəki siyasi partiyaların fəaliyyəti öyrənilib və tətbiq edilir. Siyasi partiyalarla MSK-nin bu cür ünsiyyəti təqdirəlayiqdir. Bu istiqamətdə işlər müsbət nəticə verəcək”.

Sonra Maliyyə Nazirliyinin, Auditorlar Palatasının nümayəndələri illik maliyyə hesabatlarına və onların tərtib və təqdim edilməsinə dair tələblər barədə məlumat veriblər. Daha sonra seminar mətbuata qapalı davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR