MSK DSK-ların kompüter mütəxəssisləri üçün seminar keçir

MSK DSK-ların kompüter mütəxəssisləri üçün seminar keçir
# 28 avqust 2015 08:08 (UTC +04:00)

Bakı - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı layihələri davam etdirir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK-nın maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının (DSK) kompüter mütəxəssislərini əhatə edir.

Bu gün Milli Məclisə seçkilərə hazırlıq məqsədilə DSK-ların kompüter mütəxəssisləri üçün seminara başlanılıb. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR