MSK İlqar Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına qərar verib - YENİLƏNİB

MSK İlqar Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına qərar verib  - <span style="color: red;">YENİLƏNİB
# 24 avqust 2013 12:13 (UTC +04:00)

APA-nın məlumatın görə, yığıncaqda 22 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

İclasda prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülən İlyas Abbas oğlu İsmayılov və öz təşəbbüsü ilə namizədliyi irəli sürülən İlqar Eldar oğlu Məmmədovun (REAL hərəkatının sədri) prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, İ. İsmayılovun namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə İ. İsmayılov prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Daha sonra namizədliyi təsdiq olunan İ. İsmayılovun səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

MSK katibi əlavə olaraq qeyd edib ki, namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib: “Müəyyən edilib ki, bəzi sənədlərdə pozuntular var. Qanunvericiliyin bəzi müddəaları pozulub. Sənədlər 19 avqustda sürətli poçtla geri qaytarılıb. 23 avqustda isə yenidən MSK-ya göndərilib. Lakin sənədlərdə yenə çatışmazlıqların olduğu ortaya çıxıb”.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, İ. Məmmədov təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır.

MSK katibi Mikayıl Rəhimov deyib ki, namizəd olmaq istəyən şəxsin yaşadığı şərait nəzərə alınaraq, sənədləri 23 avqustdan təqdim olunmuş kimi qəbul etməklə, məsələyə yenidən baxa bilinər.

MSK sədri Məzahir Pənahov deyib ki, İ. Məmmədovun istisna şəraitdə olduğu məlumdur: “Bu baxımdan indiki vəziyyətdə onun namizədliyini təsdiq edə bilmərik. Sənədləşmə məsələsi texniki problemdir. İstintaq təcridxanası deyir ki, MSK-ya sənəd göndərməyib”.

MSK üzvü Akif Qurbanov bildirib ki, İ. Məmmədovun sənədləri anonim deyil: “Avqustun 10-da müvafiq sənədlərin MSK-ya göndərilməsi ilə bağlı istintaq orqanına məktub göndərilib, səlahiyyətli nümayəndə də notarial qaydada təsdiq olunmuş sənədləri avqustun 23-də yenidən MSK-ya təqdim edib”.

O, İ. Məmmədovun namizədliyinin təsdiq olunmasını istəyib.

N. Məmmədov yenidən məsələyə münasibət bildirərək, deyib ki, istintaq təcridxanasından çıxan sənədlər adıçəkilən qurum tərəfindən təsdiq olunmalıdır: “Təcridxanada saxlanan şəxsin adından hansısa quruma ünvanlanan sənədlərin çıxması üçün saxlanılan müəssisənin məlumatı olmalıdır. Bu onun iradəsinin müəyyən olunması ilə bağlıdır. Biz xoş məramımızı ortaya qoymuşuq. İstəyirik ki, İlqar Məmmədovun təcridxanada olmasını nəzərə alaraq, onun seçkilərdə iştirakı üçün mümkün şərait yaradaq. Hesab edirəm ki, namizədin vəziyyətini nəzər alaraq, sorğulara cavab gələnə qədər müddəti uzadaq. Kifayət qədər də vaxt var”.

M. Pənahov isə bildirib ki, İ. Məmmədovun namizədliyinin təsdiq olunmaması üçün hazırda kifayət qədər əsas var: “Lakin biz bunu istəmirik”.

MSK İ. Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına dair qərar qəbul edib.

***

saat 14.28

Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatın görə, yığıncaqda 22 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

İclasda prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülən İlyas Abbas oğlu İsmayılov və öz təşəbbüsü ilə namizədliyi irəli sürülən İlqar Eldar oğlu Məmmədovun (REAl hərəkatının sədri) prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, İ. İsmayılovun namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə İ. İsmayılov prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Daha sonra namizədliyi təsdiq olunan İ. İsmayılovun səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

MSK katibi əlavə olaraq qeyd edib ki, namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib: “Müəyyən edilib ki, bəzi sənədlərdə pozuntular var. Qanunvericiliyin bəzi müddəaları pozulub. Sənədlər 19 avqustda sürətli poçtla geri qaytarılıb. 23 avqustda isə yenidən MSK-ya göndərilib. Lakin sənədlərdə yenə çatışmazlıqların olduğu ortaya çıxıb”.

Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə məlumat verilib.

Qeyd edək ki, ümumilikdə indiyədək 17 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov və Q. İsaqovun namizədlikləri təsdiq olunub.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR