Müsavat Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Ali Məhkəməyə müraciət edəcək

Müsavat Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Ali Məhkəməyə müraciət edəcək
# 24 avqust 2015 16:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən xəbərə görə, iclasda qərarların icrası və görülən işlər müzakirə edilib. Sərbəst toplaşmaq azadlığı ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən məhkəməyə edilən şikayətin apellyasiya mərhələsi haqda məlumat dinlənilib. Növbəti mərhələ kimi Ali Məhkəməyə müraciət edilməsi məqsədəuyğun sayılıb.

İclasda parlament seçkiləri mövzusunda fikir mübadiləsi aparılıb. Seçki dairələri üzrə yekun siyahı bir daha müzakirə edilib və son dəqiqləşdirmələr üçün Məclisə qədər bu işin icrası yeni yaradılan Seçki Qərargahının rəhbəri Gülağa Aslanlıya həvalə olunub.

Avqustun 29-da keçiriləcək Məclisin gündəliyinin layihəsi təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR