Müsavat başqanlığına namizəd Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb

Müsavat başqanlığına namizəd Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb
# 27 sentyabr 2014 13:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat başqanlığına namizəd Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb.

APA-nın məlumatına görə, S. Əlisoy öz tərəfdarlarını Q.İbadoğluna səs verməyə çağırıb.

S. Əlisoy Müsavat partiyasının VIII qurultayında çıxış edərkən partiyanın fəaliyyətini tənqid edib. O bildirib ki, partiyada komissiyalar olsa da, onların heç bir fəaliyyəti yoxdur:

“İcazəsiz aksiyalar Müsavatın reytinqinə nə qədər təsir edir? İlk aksiyaya 500 nəfər, ikinci dəfə keçirilən aksiyaya 200 nəfər adam gəlir. Azalan xətlə gedən aksiyanın hansı partiyaya xeyri ola bilər?”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR