Müsavat Məclisinin sədri: “Qubad İbadoğlu və tərəfdarları partiyanın fəaliyyətini iflic edib”

Müsavat Məclisinin sədri: “Qubad İbadoğlu və tərəfdarları partiyanın fəaliyyətini iflic edib”
# 10 fevral 2015 14:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Qubad İbadoğlu və tərəfdarları Müsavat Partiyasının fəaliyyətini iflic edib. Yəni onlar imkan vermirlər ki, partiya qarşısına qoyduğu məqsədə doğru getsin”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

O bildirib ki, başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlu və tərəfdarları sonuncu qurultaydan ötən dövr ərzində Müsavatın fəaliyyətini tamam başqa istiqamətə yönəldib: “Qurultaydan bu yana bütün işimiz və vaxtımız bu adamlara sərf olunub, fikrimizi tamam başqa istiqamətə yönəldiblər. Bu, partiyaya qarşı ədalətsizlikdir”.

O, bəzi tanınmış müsavatçıların partiyadakı hadisələrlə bağlı Müsavat rəhbərliyinə göndərdiyi müraciətə də münasibət bildirib: “Mən bilmirəm Müsavatdakı vəziyyətlə bağlı partiya rəhbərliyinə müraciət edənlər məsələyə hansı istiqamətdən baxıblar, ancaq bu münasibətə çox təəssüflənirəm”.

Xatırladaq ki, bir qrup tanınmış müsavatçı Q.İbadoğlunun partiyadan əsassız olaraq çıxarıldığını bəyan edərək, bununla bağlı partiya rəhbərliyinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR