Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 04 mart 2013 15:56 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyadaxili məsələlərlə bağlı bölümdə Müsavat başqanı İsa Qəmbərin ötən şənbə qadınlarla, bazar günü isə Füzuli rayonundan olan partiya fəalları və ziyalılarla görüşü müzakirə olunub.

Sonra “Tolişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun məhkəməsi barədə məlumat verilib. Yığıncaqda qeyd olunub ki, H.Məmmədov məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq hələ də məhkəmə zalında ağzını bağlayaraq, qulaqlarına pambıq tıxayaraq üzünü divara tutur. Partiya sədrinin müavini Gülağa Aslanlı H.Məmmədova dəstək aksiyasında iştirak etdiyi barədə məlumat verib.

İsa Qəmbər ABŞ səfirliyi ilə partiya liderlərinin keçirdikləri görüş haqqında da danışıb və bildirib ki, görüşdə açıq müzakirələr keçirilib.

Divanda müxalifət düşərgəsinin müxtəlif qüvvələrinin əməkdaşlıq təkliflərinə dair fikir mübadiləsi aparılıb, seçkilərə hazırlıq məsələlərindən danışılıb və müvafiq qərarlar qəbul edilib.

Divanda Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR