Müsavat Partiyası rayon təşkilatının sədrini polis saxlayıb

Müsavat Partiyası rayon təşkilatının sədrini polis saxlayıb
# 11 iyul 2014 11:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu saxlanılıb.

Xocalı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun xidməti ərazisi olan Aşağı Ağcakənd kəndində qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Aydın Qabil oğlu İbrahimovun idarə etdiyi 22 BX 485 dövlət nömrə nişanlı “VAZ-2109” markalı avtomobili yol polisi saxlayıb. Məlum olub ki, sürücüdə avtomobilə aid heç bir sənəd yoxdur. Bu zaman avtomobildə sərnişin qismində olan Goranboy rayon sakini, 1960-cı il təvəllüdlü Yusif Namazoğlu polisə müqavimət göstərib. Hər iki şəxs Xocalı Rayon Polis Şöbəsinə gətirilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Y.Namazoğlu Müsavat Partiyasının Goranboy rayon təşkilatının sədridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR