Müxalifət geniş tərkibli kütləvi aksiyalar keçirməyi planlaşdırır

Müxalifət geniş tərkibli kütləvi aksiyalar keçirməyi planlaşdırır
# 13 mart 2013 14:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. İctimai Palatanın Koordinasiya Şurasında demokratik düşərgənin geniş tərkibinin iştirakı ilə mitinq keçirmək barədə müzakirələr gedir. Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib. V. Mirkamal bildirib ki, hazırda qurumun Koordinasiya Şurasında bu aksiyanın formatının müəyyən olunması istiqamətində müzakirələr aparılır. O, kütləvi aksiyanın tarixinin bu müzakirələrdən sonra müəyyənləşəcəyini söyləyib: “Format müəyyən olunduqdan sonra aksiyanın keçiriləcəyi vaxt da açıqlanacaq”

V. Mirkamal İctimai Palata səviyyəsində də aksiyaların mütəmadi təşkil olunacağını vurğulayıb: “İctimai Palatanın öz namizədi olacaqsa, bu kontekstdə çox güman ki, seçki gününə qədər kütləvi aksiyaların keçirilməsi gündəmdən çıxmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR