Natiq Məmmədov: “MSK-da Rüstəm İbrahimbəyovun sənədlərinə 5 gün ərzində baxılacaq”

Natiq Məmmədov: “MSK-da Rüstəm İbrahimbəyovun sənədlərinə 5 gün ərzində baxılacaq”
# 22 avqust 2013 14:19 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında MSK-nın sədr müavini Natiq Məmmədov bildirib.

 

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq bütün namizədlərin sənədləri kimi bu sənədlərə də qəbul olunduqdan sonra 5 gün ərzində baxılaraq müvafiq qərar qəbul olunacaq: “Bizdə qanunvericilik belədir ki, istənilən namizəd üçün namizədliyin irəli sürülməsinin təsdiq olunmasına 5 gün müddətində baxılır və müvafiq qərar qəbul olunur. İkinci mərhələdə - imza vərəqələri doldurularaq təqdim olunduqdan sonra isə namizədliyin qeydə alınmasına 7 gün ərzində baxılır və müvafiq qərar qəbul olunur”.

 

N. Məmmədli bu məsələ ilə bağlı bəzi KİV-də onun adından yayılan məlumatları təkzib edib: “Mən heç bir media orqanına Rüstəm İbrahimbəyovun sənədləri ilə bağlı açıqlama verməmişəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR