Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
M. Seyidov buna qədər Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri vəzifəsində çalışıb.