Ombudsman Aparatının əməkdaşları İlqar Məmmədovla görüşüblər

Ombudsman Aparatının əməkdaşları İlqar Məmmədovla görüşüblər
# 19 mart 2013 11:53 (UTC +04:00)

Bakı - APA. Ombudsman Aparatının əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın ünvanına barələrində olan istintaqla bağlı daxil olmuş müraciətlərlə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkilə müraciət edən saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərdən saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.

Bundan başqa, Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla bir daha görüşüblər. Onlar saxlanılma şəraiti və rəftarla bağlı narazılıq etməyiblər.

Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR