Prezident İlham Əliyev “KİV haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev “KİV haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb
# 03 fevral 2015 19:34 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək;

Həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR