Azərbaycan prezidenti Cəlilabadda bir sıra obyektlərdə olub - YENİLƏNİB

Azərbaycan prezidenti Cəlilabadda bir sıra obyektlərdə olub - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2015 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.

APA-nın məlumatına görə, park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.

Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və Göytəpə bələdiyyəsinin yerləşdiyi bina sökülərək başqa ərazidə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Bərbad vəziyyətdə olan Göytəpə şəhər xəstəxanası də başqa əraziyə köçürülür.

Dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

*** 15.23

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına iri fermer təsərrüfatları, habelə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verilib.

Qeyd olunub ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxıb.

Dövlət başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.

*** 14.51

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Burada həmçinin 110 kv.m sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var.

Mərkəzdə məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.

Sonra prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşüb. Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

*** 12.43

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR