Qüdrət Həsənquliyev və Hafiz Hacıyevin prezidentliyə namizədliyinin təsdiqlənməsi ilə bağlı sənədlər MSK-ya daxil olub

Qüdrət Həsənquliyev və Hafiz Hacıyevin prezidentliyə namizədliyinin təsdiqlənməsi ilə bağlı sənədlər MSK-ya daxil olub
# 12 avqust 2013 13:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “BAXCP tərəfindən qurumun sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyası tərəfindən isə təşkilatın rəhbəri Hafiz Hacıyevin namizədliyinin təsdiqlənməsi ilə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

M.Pənahov seçkilərdə müşahidəçilik missiyası ilə də bağlı danışıb. O bildirib ki, müşahidə üçün müraciət edənlərə rədd cavab vermək niyyətində deyilik: “Beynəlxalq müşahidəçilərin müraciətləri daxil olduqca ümumi sayı barədə məlumat verəcəyik”.

O, məsələ ilə bağlı MSK-nın hüquq məsələləri üzrə şöbəsinə əlavə tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR