Rəsul Quliyev: “Daxildə oturub müxalifətçilik etməmək xaricdə oturub müxalifətçilik etməkdən daha asandır”

Rəsul Quliyev: “Daxildə oturub müxalifətçilik etməmək xaricdə oturub müxalifətçilik etməkdən daha asandır”
# 28 mart 2013 10:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində açıqlama yayan ACP lideri V. Mirkamalın onun barəsində işlətdiyi fikirləri “abstrakt” adlandırıb:

“Vidadi müəllim Mirkamalın abstrakt “xaricdə oturub müxalifətçilik etmək asandır” iddiasına “hörmətli Vidadi müəllim, daxildə oturub müxalifətçilik etməmək ondan da asandır” deyərdim. Mənim seçkilərdə iştirak etməyimin eynən hökumətin Konstitusiya Məhkəməsinin üzvləri kimi hüquqi tərəfini axtarmaq istəyən Vidadi müəllimə demək istəyirəm ki, “hörmətli müəllim, 2005-ci ildə mən parlament seçkilərində iştirak etmişəm, ondan sonra mənim hansı statusum dəyişib ki, mənim prezident seçkilərində iştirakım hüquqi şübhə altına alınıb? Deyirsiniz ki, mənim xaricdə yaşamağım siyasi imicimi dəhşətli aşağı salıb deyirsiniz. Kiminlə müqayisədə? Mümkündürsə, bir neçə ad yazın, camaat da bilsin kimlərin imici bu gün yuxarıdır. Mən xaricdəyəm, siz Azərbaycanın içərisində rejimlə mübarizə aparan bir şəxs olaraq doğrudanmı özünüzün dediklərinizə inanırsınız və bu dediklərinizi faktlarla sübut edə bilərsiniz?..”


R. Quliyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da onun barəsində söylədiyi fikirlərə münasibət bildirib: “Fuad Qəhrəmanlı mənim aktivləşməyimə skeptik yanaşır və qeyd edir ki, seçkilərin legitimliyi ayrı-ayrı şəxslərin yox, xalqın aktivləşməsindən asılı olacaq. Bu cümlənin nə məna daşıdığını anlamaq qeyri-mümkündür. Düzü, indiyə qədər mən düşünürdüm ki, ayrı-ayrı şəxslərin aktivliyi olmasa, xalqın aktivləşməsi ancaq xaotik ola bilər ki, o da legitim seçkilərə gətirib çıxara bilməz. Ola bilər Azərbaycanda bu nəzəriyyə işləmir, mən həyatdan geri qalmışam. Axı doğrudan da mən dünyanın proqressiv ölkələrinə başçılıq edən Azərbaycanda artıq 17 ildir yaşamıram”...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR