Vidadi Mirkamal: "Azərbaycandan kənarda oturub müxalifətçilik etmək çox asandır APA TV

Vidadi Mirkamal: "Azərbaycandan kənarda oturub müxalifətçilik etmək çox asandır <span style="color: red;">APA TV
# 27 mart 2013 18:05 (UTC +04:00)

Bakı. İlkin Nəcəfzadə - APA TV. "Azərbaycandan kənarda oturub müxalifətçilik etmək çox asandır. Azərbaycanda yaşayıb-fəaliyyət göstərmək, burada müxalifətçilik etmək, hakimiyyətlə vuruşmaq xeyli çətindir". Bunu APA TV-yə açıqlamasında prezident seçkilərində iştirak etməsə, hakimiyyətin qalib gələcəyi ilə bağlı fikir səsləndirən Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin fikirlərinə cavab olaraq, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, həmçinin Rəsul Quliyevin Müdafiə Komitəsinin təsisçilərindən olan Vidadi Mirkamal deyib.

O bildirib ki, Rəsul Quliyevin namizəd kimi seçkiyə qatılmaq istəyi hüquqi cəhətdən də sual altındadır: "Mühacirət həyatı eks-spikerin siyasi mövqeyinə ciddi ziyan vurub. Mən güman etmirəm ki, Rəsul Quliyevin Azərbaycana gəlməsi müxalifətin gücünə çox da böyük güc qata bilər".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı da Rəsul Quliyevin seçkiöncəsi aktivlik cəhdlərinə skeptik yanaşır: "Seçkinin legitim nəticələri ayrı-ayrı şəxslərin iradəsindən deyil, cəmiyyətin siyasi fəallığından asılı olacaq".

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə Rəsul Quliyevin Azərbaycanda formalaşmış ictimai rəyə əsasən bu proqnozu səsləndirdiyini iddia edib: "Mövcud siyasi qüvvələr, onların mövcud formatı Azərbaycanda siyasi vəziyyəti köklü şəkildə dəyişməyə imkan vermir".

Qeyd edək ki, Rəsul Quliyev barəsində Baş Prokurorluqda cinayət işi açılıb. Eks-spiker istintaqdan yayındığına görə Bakı Şəhər Səbayel Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə, beynəlxalq axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR