Səfir Aqşin Mehdiyev: “Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu”

Səfir Aqşin Mehdiyev: “Diplomatlarımızın qarşısına yeni vəzifələr qoyuldu”
# 07 iyul 2014 11:06 (UTC +04:00)

"Diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi çox əlamətdar görüş oldu. Azərbaycan Prezidenti xarici siyasətimizin prioritet istiqamətlərini bir daha bəyan etdi. Azərbaycanlı diplomatlar qarşısında mühüm və yeni vəzifələr qoyuldu". Bu eksklüziv açıqlamanı APA TV-yə Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev verib.

"Qarşıya qoyulan mühüm tapşırıqlardan biri xarici təşkilatlarla iş aparmaq, o cümlədən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafına nail olmaq idi".

Aqşin Mehdiyev Azərbaycanın xarici təşkilatlar qarşısında həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətə də diqqət çəkib. O, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru adlandırıb.

Diplomatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR