Sərdar Cəlaloğlu: “Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasını ADP abreviaturası ilə qeydiyyata alsa, məhkəməyə müraciət edəcəyik”

Sərdar Cəlaloğlu: “Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasını ADP abreviaturası ilə qeydiyyata alsa, məhkəməyə müraciət edəcəyik”
# 07 iyul 2014 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun var, iki partiyanın eyni abreviatura ilə qeydə alınması və ifadə olunması qadağandır. Çox güman ki, Azad Demokratlar Partiyası Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edən zaman onların adı ADP yox, AzDP olacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.

S. Cəlaloğlu deyib ki, əgər Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasını da ADP abreviaturası ilə qeydiyyata alarsa, məhkəməyə müraciət edəcəklər: “Çünki qanun var. Qanunu kim poza bilər? Bəzi məsələləri subyektiv həll edə bilmərik”.

Qeyd edək ki, iyulun 6-da Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib və Sülhəddin Əkbər partiyanın sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR