Şirvanda seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyinə dair məlumat sessiyası keçirilib - FOTO

Şirvanda seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyinə dair məlumat sessiyası keçirilib - <span style="color: red;">FOTO
# 31 avqust 2013 10:58 (UTC +04:00)

Şirvan. Əlibәy Zeynallı - APA. Şirvan şəhərində ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair məlumat sessiyası keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 21 rayon və şəhərin icra hakimiyyəti başçısı və həmin rayonların DSK sədrləri üçün keçirilən məlumat sessiyasında demokratik seçkilərə dair təməl prinsiplər və qanunsuz müdaxilənin yolverilməzliyinə dair Azərbaycanın Seçki Məcəlləsində əksini tapan müddəalar haqqında danışılıb, yerli icra orqanlarının bu prosesdəki roluna aydınlıq gətirilib, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri vurğulanıb.

Sessiyanı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov açıb. Daha sonra ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının artıq Azərbaycanda öz işinə başladığını vurğulayıb: “Azərbaycan öz potensialını əsl mənada demokratik inkişaf vasitəsi ilə reallaşdıra bilər. ATƏT Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərin icrasında dəstəkləməyə davam edəcək. Ümid edirəm ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyaları bu sahədə irəliləyişin davamına yardımçı olacaq”.


Sessiyada MSK katibi Mikayıl Rəhimov, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar. Sessiyanın işində vətəndaş cəmiyyətini təmsil edən ekspertlər də iştirak edib.

Qeyd edək ki, bundan əvvəl informasiya sessiyaları Bakı və Mingəçevir şəhərlərində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR