Siyavuş Novruzov: “Kimsə Rusiyada nəsə yaratmaq istəyirsə, öz işidir”

Siyavuş Novruzov: “Kimsə Rusiyada nəsə yaratmaq istəyirsə, öz işidir”
# 13 noyabr 2012 14:07 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. “Azərbaycan hökuməti Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının yaradılması ilə bağlı heç bir narazılıq ifadə etməyib”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, kimsə Rusiyada nəsə yaratmaq istəyirsə, öz işidir: “Azərbaycandan kənarda kim hansı təşkilatı yaradırsa, özü bilər. Bu təşkilatı yaradanlar siyasətdən tamam kənar şəxslərdir. Çox adam təşkilat yarada bilər. O İttifaqın yaradıcısı adlandıran şəxslərin hərəsi öz biznesi ilə məşğuldur”.

YAP icra katibinin müavini onu da bildirib ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır: “Azərbaycan daxilində xalq kimi seçirsə, o da ölkəyə rəhbərlik edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR