Siyavuş Novruzov: “Qurultayda məğlub olan qrup Müsavatı tərk edəcək”

Siyavuş Novruzov: “Qurultayda məğlub olan qrup Müsavatı tərk edəcək”
# 23 sentyabr 2014 13:10 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, namizədlər bir-birini kəskin ittiham edirlər: “Biri o birinə deyir “Potensialın tükənib”, o biri buna deyir “insanları tanımaq şansı aşağıdır”, yaxud deyir “mən İsa Qəmbərin kabinetində gedib oturacağam. İndidən hələ İsa Qəmbər çıxmamış onun kabinetinə göz dikiblər. Bir sözlə, onların namizəd kimi yetişdirdikləri bu düşüncəli insanlardır. O qədər kəskin qarşıdurma var ki, məğlub olan qrup partiyanı tərk edəcək”.

S.Novruzov deyib ki, hazırda seçki qabağı Müsavatda iki qrup var - mühafizəkarlar və islahatçılar. Mühafizəkarlar Arif Hacılı və ətrafı, qalanları isə islahatçılardır: “İslahatçıların iradı odur ki, Arif Hacılının təmsil etdiyi qrup - başda İsa Qəmbər olmaqla - 20 ildir ki, partiyanı nüfuzdan salıb, partiya bütün seçkilərdə uduzaraq geri gedib və ən əsası, tərəfdaşı olduqları partiyalarla münasibətdə də intriqalar yaranıb. Məsələn, AXCP ilə münasibətləri göz qabağındadır. İslahatçılar deyir ki, biz islahatlara getməliyik və bunun nəticəsində də partiya inkişaf edib yeni nəfəsə sahib olmalıdır”.

YAP rəsmisi bildirib ki, indiki ərəfədə Müsavatdakı qruplardan biri partiyanı gəlir mənbəyi olan zavoda çevirib. Onun sözlərinə görə, bu qrup digərlərini uzaqlaşdıraraq islahatların qarşısını almaq istəyir ki, partiyanı zavod kimi saxlasın: “Əgər mən ad çəksəm, dərhal elə başa düşəcəklər ki, iqtidar o biri qrupu dəstəkləyir və ona görə kiminsə adını çəkib ittiham edir”.

S.Novruzov onu da deyib ki, Müsavat Partiyası qurultayının keçirilib-keçirilməməsi hələ də sual altındadır: “Hər gün bir qərar qəbul edirlər. Gah deyirlər yerimiz balacadır, gah deyirlər pulumuz yoxdur icarə haqqını ödəmək üçün və sair”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR