Slovakiyalı deputat: “Azərbaycanda keçirilən parlament seçkisində heç bir problem görmədik”

Slovakiyalı deputat: “Azərbaycanda keçirilən parlament seçkisində heç bir problem görmədik”
# 02 noyabr 2015 10:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jasan Viliam müşahidəçi kimi qatıldığı seçki məntəqələrində hər hansı ciddi qanun pozuntusu aşkar olunmadığını bildirib. APA-nın xəbərinə görə, o, bir neçə seçki məntəqəsində səsvermənin gedişini izlədiklərini söyləyib: “Yüksək təşkilatçılığı xüsusi qeyd etməliyəm”.


Slovakiyalı deputat Pfundtner Edita isə qeyd edib ki, Azərbaycanda parlament seçkiləri mütəşəkkil qaydada təşkil olunub: “Mən vaxtilə Slovakiya Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam. 2005-ci ildən etibarən seçki prosesini izləməkdəyəm. Azərbaycanda keçirilən parlament seçkisində heç bir problem görmədik. Seçkilər nizamlı şəkildə baş tutdu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR