Tbilisi meriyasının bir qrup yüksək vəzifəli əməkdaşı büdcə vəsaitlərinin mənimsəməsi ittihamı ilə saxlanılıb

Tbilisi meriyasının bir qrup yüksək vəzifəli əməkdaşı büdcə vəsaitlərinin mənimsəməsi ittihamı ilə saxlanılıb
# 28 iyun 2013 04:49 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, onlar ötən gün səhər saatlarında büdcə vəsaitlərinin böyük məbləğdə mənimsəməsi işi üzrə dindirilib.

“Müstəntiqlər merin müavini David Alavidzeni, Tbilisi İnkişaf Fondunun rəhbəri David Avalianini, meriyanın satınalmalar xidmətinin rəisi Aleksi Tabuaşvilini və Mtasminda-Krsanis rayon administrasiyası rəhbərinin müavini Dmitri Çxaidze saxlanılıb”, deyə hüquq mühafizə orqanlarının məlumatında bildirilir.

Müəyyən olunub ki, qeyd olunan şəxslər 48 930 822 lari (29,6 milyon dollar) məbləğində büdcə vəsaitlərini mənimsəyib. Təqsirləri sübuta yetiriləcəyi halda, onları 7-11 ilədək həbs gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR